Çempionluq kuboku heç bir stadiona aparılmayacaq

XƏBƏR 14 May 2010 / 18:49 1971
-  A +

Peşəkar Futbol Liqasının Unibank Premyer Liqasının qalibinə çempionluq kubokunu stadiondaca təqdim etmək istəyi baş tutmayıb.

Bu haqda PFL-in prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, buna çempionluğun taleyinin 1 deyil, 3 stadionda həlli variantı səbəb olub. Qızıl medallara daha çox “Xəzər Lənkəran” yaxın olsa da, Musayev kuboku Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək oyuna aparmayacaqlarını bildirib: “Çempionluq matçlarından biri “Xəzər Lənkəran”la “Bakı”, digəri “Neftçi” ilə “Qarabağ”, üçüncüsü isə “İnter”lə “Qəbələ” arasında keçiriləcək. Oyunlardan biri Lənkəranda, ikisi isə Bakıda baş tutacaq. Buna görə də kuboku hansısa stadiona aparmaq mümkün deyil. Əgər ötən tur çempion məlum olsaydı, bu tur kuboku stadiondaca həmin komandaya təqdim edəcəkdik. Amma olmadı. Ona görə də indi təqdim etməyimiz mümkün deyil”.

Musayev çempionluq kubokunu medalların təqdim edilmə mərasimində verəcəklərini bildirib.

Qeyd edək ki, xaricdə hazırlanan çempionluq kuboku bu mövsümdən etibarən Unibank Premyer Liqasının qalibinə veriləcək.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər