Almir Hirtiç: “Hədəfimiz yalnız qələbədir”

Almir Hirtiç: “Hədəfimiz yalnız qələbədir”
XƏBƏR 13 May 2010 / 16:30 1794
-  A +

“Düşünürəm ki, komanda son matçda olduğu kimi növbəti oyunda da inamlı performans nümayiş etdirəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”ın baş məşqçisi Almir Hirtiç deyib.
Həftəsonu Unibank Premyer Liqasının son – 32-ci turu çərçivəsində “Olimpik-Şüvəlan”la qarşılaşacaq Salyan təmsilçisinin çalışdırıcısı klubun rəmsi saytına verdiyi açıqlamada formal xarakter daşımasına baxmayaraq, axırıncı oyunda da 3 xal qazanmaq istədiklərini bəyan edib: “Muğan Simurq üzərindəki qələbədən sonra Premyer Liqada qalmaq şansını qorudu. Son iki matç həqiqətən bizim üçün çox mühüm önəm kəsb edirdi və ardarda qələbələr qazana bildik. Qarşıdakı “Olimpik-Şüvəlan”la oyunda da uğurlu seriyanı davam etdirmək istəyirik. Bu matçda qələbə qazansaq, hesabımıza daha 3 xal əlavə edəcəyik və turnir cədvəlindəki xalımız 30-a yüksələcək. Düzdü bu, bizim turnir cədvəlindəki mövqeyimizə təsir etməyəcək. Lakin istənilən halda hədəfimiz yalnız qələbədir. Komandamıza uğurlar arzu edirəm”.

Daha çox


Son xəbərlər