“Qəbələ”nin daha bir komandası çempion oldu

“Qəbələ”nin daha bir komandası çempion oldu
XƏBƏR 24 May 2018 / 00:01 1759
-  A +

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasına yekun vurulub.

Qol.az-ın xəbərinə görə, turnirin final matçında “Qəbələ” və “Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət komandaları üz-üzə gəliblər. “Qırmızı-qaralar” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Beləliklə, “Qəbələ” U-13 Liqasının çempionu adını qazanıb. Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Yarışın ən güclü komandası medallarla təltif olunub. “Qəbələ” futbolçularına qızıl medallar və çempionluq kuboku verilib.

Xatırladaq ki, “Qəbələ” U-19, U-17 və U-16 liqalarında da qızıl medallar qazanmışdı.

Daha çox


Son xəbərlər