Alastair Saverimutton: «Qəbələ»nin inkişafı yönündə səylərimizi əsirgəməyəcəyik»

XƏBƏR 12 May 2010 / 12:55 1713
-  A +

“Biz «Qəbələ» klubunun inkişafı yönündə səylərimizi əsirgəməyəcəyik. Azərbaycanın futbol strukturunun bir sıra güclü cəhəti var. AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətimizdə də bunu hiss etmişəm». Qol.Az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfrasında «Qəbələ»nin yeni icraçı direktoru Alastair Saverimutton belə deyib. Futbolun artıq biznesə çevrildiyini və oyun çərçivəsindən çıxdığını söyləyən A.Saverimutton bütün sahələrə dəqiqlikdə diqqət yetirəcəklərini vurğulayıb: «Həqiqətən də, «Qəbələ»nin uğurunu təmin etmək üçün onun hər şeyi olmalıdır. Azərbaycanda futbol infrastrukturunun qurulmasında səriştəli insanlara ehtiyac böyükdük. Xarici təcrübə yerli kadrların da yetişməsinə təsir edəcək. AFFA-da olanda kimsə mənə xitabən dedi ki, gör, nə yaxşı kadrdır, futbolun inkişafı yolunu yaxşı bilir».

Daha çox


Son xəbərlər