Dünyanın ən populyar idmançısı - Ronaldo

Dünyanın ən populyar idmançısı - Ronaldo
XƏBƏR 23 May 2018 / 00:14 3980
-  A +

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünyanın ən populyar idmançısı seçilib.

Qol.az-ın məlumatına görə, portuqaliyalı ulduz ardıcıl üçüncü dəfə ESPN-in sorğusunda qalib olub.

Sorğu bir neçə istiqamətdə aparılıb ki, bura idmançıların reklam müqvilələri, sosial şəbəkələrdəki izləyici sayı və s. daxildir.

Dünyanın ən populyar idmançıları siyahısında ikinci yerdə “Klivlend”in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İlk “üçlüy”ü isə “Barselona”nın forvardı Lionel Messi qapayır.

İlk “10-luq”da həmçinin Neymar (futbol, PSJ), Rodjer Federer (tennis), Tayqer Vuds (qolf), Kevin Dyurent (basketbol, “Qolden Steyt”), Rafael Nadal (tennis), Stefen Kerri (basketbol, “Qolden Steyt”) və Fil Mikelson (qolf) yer alıb.

 

Daha çox


Son xəbərlər