Şeydayev "Zenit"ə daha 40 min qazandırdı

Şeydayev "Zenit"ə daha 40 min qazandırdı
XƏBƏR 19 May 2018 / 19:14 5784
-  A +

“Zenit”in sabiq futbolçusu Ramil Şeydayevlə bağlı “Trabzonspor”dan FİFA-ya şikayəti öz nəticəsini verib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Qaradəniz təmsilçisi azərbaycanlı hücumçuya görə ruslara daha 40 min avro yetişdirmə haqqı ödəyib. Məlumatda bildirilir ki, “Zenit”in tələb etdiyi 169 min avronun böyük hissəsi “Trabzonspor” tərəfindən Sankt-Peterburq təmsilçisinin hesabına köçürülmüşdü. Rus klubu məhz yerdə qalan məbləğ üçün FİFA-ya müraciət etmişdi.

Qeyd edək ki, Şeydayev “Zenit”in yetirməsidir. 2016-cı ildə azad agent kimi “Trabzonspor”a keçən 22 yaşlı forvard cari mövsümün əvvəlindən icarə əsasında “Qarabağ”da çıxış edir.
 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə