İbrahimoviç dünya çempionatında oynamayacaq - rəsmi

İbrahimoviç dünya çempionatında oynamayacaq - rəsmi
XƏBƏR 26 Aprel 2018 / 17:02 3791
-  A +

Zlatan İbrahimoviç İsveç millisinin heyətində bu yay Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak etməyəcək.

Qol.az-ın məlumatına görə, bu barədə İsveç Futbol Federasiyası xəbər yayıb. Qurumun baş meneceri Lars Rixt 36 yaşlı hücumçu ilə danışdığını, onun milliyə qayıtmaq fikrində olmadığını bildirib.

"2 gün öncə Zlatanla danışdım. Deyirdilər ki, guya o, milliyə qayıtmaq istəyir. Amma belə bir şey yoxdur".

Qeyd edək ki, bir müddət öncə İbrahimoviç mətbuata açıqlamasında İsveç millisinin heyətində mundialda çıxış etmək istədiyini bildirmişdi.

Daha çox


Son xəbərlər