Başıpapaqlı "Bakı"lılar (FOTOSESSİYA)

Başıpapaqlı "Bakı"lılar (FOTOSESSİYA)
XƏBƏR 7 May 2010 / 11:46 2286
-  A +

“Bakı” dünəndən etibarən Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyunun hazırlığına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin bazasında baş tutan hazırlıq prosesində bir gün öncə “İnter”ə qarşı əsas heyətdə meydana çıxan futbolçular iştirak etməyiblər. Bərpa prosesinin ardından həmin oyunçular məşqi kənardan izləyiblər.
Ümumilikdə hazırlıq prosesi xeyli şən əhval-ruhiyyədə keçib. Ölkə kubokunun 1/2 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “İnter” üzərində qazanılan möhtəşəm qələbədən sonra komandanın düşərgəsində gözəl ab-hava hökm sürür. Dünənki məşqdən öncə də maraqlı anlar yaşanıb. Komandanın koordinatoru Akif Özakyolun aldığı yeni papaq futbolçuların böyük marağına səbəb olub. Hazırlıq prosesini kənardan izləyən futbolçular Özakyolun papağı ilə şəkillər çəkdirməyi də unutmayıblar. “Zolaqlılar”ın bugünkü məşqi də bazada baş tutacaq və saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Bakı” - “İnter” oyunu mayın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 17:15-də start götürəcək.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər