"Arsenal", "Latsio" və "Atletiko" yarımfinala yaxınlaşdı

"Arsenal", "Latsio" və "Atletiko" yarımfinala yaxınlaşdı
DÜNYA FUTBOLU 6 Aprel 2018 / 00:57 13589
-  A +

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, favoritlərdən hesab edilən London “Arsenal”ı öz meydanında Rusiyanın MOİK klubunu qəbul edib. Rəqib qapısından 4 qol keçirən "topçular" demək olar ki, yarımfinala vəsiqəni təmin edib.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” Madriddə “Sportinq”lə qarşılaşıb. 2 cavabsız qolla qalib gələn ispanlar yarımfinala yaxınlaşıblar.

Turnirin sürpriz komandası olan “Zalsburq” səfərdə “Latsio”nun qonağı olub. Lakin Roma klubu sensasiyaya imkan verməyib. Matç "Latsio"nun 4:2 hesab qələbəsi ilə tamamlanıb.

Digər görüşdə də sevinən tərəf meydan sahibləri olub. “Leyptsiq” doğma azarkeşlər önündə “Marsel”i 1:0 hesabı llə üstələyib.


5 aprel

Avropa Liqası

1/4 final

ilk oyunlar

“Arsenal” (İngiltərə) – MOİK (Rusiya) - 4:1
Qollar:
Remzi, 9 (1:0), Qolovin, 65 (1:1), Lakazett, 23-pen. (2:1), Remzi, 28 (3:1), Lakazett, 35 (4:1)

“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) - 2:0
Qollar:
Koke, 1, Qrizmann, 40

“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) - 4:2
Qollar:
Lulic, 8 (1:0), Berişa, 30-pen. (1:1), Parolo, 49 (2:1), Minamino, 71 (2:2), Andersen, 74 (3:2), İmmobile, 76 (4:2)

“Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) - 1:0
Qol:
Verner, 45+1-pen


Son xəbərlər