Türkiyənin məşhur idman kanalı bağlandı

Türkiyənin məşhur idman kanalı bağlandı
XƏBƏR 18 Mart 2018 / 19:05 7633
-  A +

Türkiyənin “NTV Spor” kanalı fəaliyyətini dayandırıb.

Qol.az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, telekanal dünən keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçından sonra efirə gedən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.

Dünən gecə Bakı vaxtı ilə saat 23.30-dan etibarən “NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.

Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi. Beləliklə, telekanalın ömrü düz 10 il sürüb. 

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza