Filipe Lusin ayağı qırıldı - mundialı buraxa bilər

Filipe Lusin ayağı qırıldı -  mundialı buraxa bilər
XƏBƏR 16 Mart 2018 / 16:30 4827
-  A +

Madridin "Atletiko" klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Filipe Luis sıradan çıxıb.  Braziliya millisinin müdafiəçisi Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) ciddi zədə alıb.
 
Bu gün tibbi müayinədən keçən 32 yaşlı futbolçunun sol ayağında qırıq aşkarlanıb. Onun mövsümü başa vurmaq və Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Luis bu mövsüm “Atletiko”da 25 oyun keçirib.

Son xəbərlər