"Qarabağ" və "Qəbələ" rəsmiləri "Fənərbaxça"nın bazasında - Şəkil

"Qarabağ" və "Qəbələ" rəsmiləri "Fənərbaxça"nın bazasında -  Şəkil
XƏBƏR 22 Yanvar 2018 / 17:57 3734
-  A +

"Qarabağ" və "Qəbələ" klubunun mətbuat xidmətinin rəhbərləri Nurlan İbrahimovla Anar Hacıyev "Fənərbaxça"nı ziyarət ediblər.

Qol.az-ın türk klubunun rəsmi saytına istinadən məlumatına görə, həmyerlilərimizi İstanbul təmsilçisinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Necati Mete, Rəqəmsal və Sosial Media şöbəsinin səlahiyyətli nümayəndəsi Çağatay Durqun qarşılayıb.

"Fənərbaxça"nın rəqəmsal və sosial media ilə əlaqələri barədə məlumat alan "Qarabağ" və "Qəbələ" rəsmiləri digər layihələrlə də tanış olublar. Daha sonra klubun stadionu və bazasını gəzən qonaqlar paltardəyişmə otaqlarına da baxıblar.

Sonda isə "Ülkər Stadionu"nda xatirə şəkili çəkdiriblər.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər