"Sürix"in baş məşqçisi "Qəbələ" ilə oyundan danışdı

"Sürix"in baş məşqçisi "Qəbələ" ilə oyundan danışdı
XƏBƏR 17 Yanvar 2018 / 21:49 3122
-  A +

"Çempionat fevralın 4-də başlayacaq. Ancaq demək olmaz ki, komanda bu gün meydana rahat çıxmışdı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sürix"in baş məşqçisi Ulrix Forte "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra  deyib. Klubun rəsmi saytına danışan 43 yaşlı mütəxəssis komandasından razı qaldığını bildirib:

"Futbolçularımın hazırlıq matçına münasibətindən razı qaldım. Biz indidən yaxşı oyun göstərmək istəyirik. Çünki “Tun”la fasilədən sonrakı qarşılaşma çox vacibdir".

Daha çox


Son xəbərlər