“Neymar iyunda “Real”a keçmək istəyir”

“Neymar iyunda “Real”a keçmək istəyir”
XƏBƏR 16 Dekabr 2017 / 02:05 7501
-  A +

PSJ-nin hücumçusu Neymar yayda klubunu dəyişmək istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda tanınmış ispan jurnalist İqnasio Martines açıqlama verib:

“Neymar PSJ-yə keçidə görə peşmandır. Amma o, maaşından razıdır. Həqiqət belədir ki, braziliyalı forvard iyunda “Real”a keçmək istəyir.

Bu haqda Neymar dostlarına, yaxınlarına, ən əsası isə transferi ilə məşğul olan atasına məlumat verib. O, daha bir mövsüm Parisdə qalmaq istəmir”.

 

Daha çox


Son xəbərlər