Ardanın təzminat qiyməti açıqlandı

Ardanın təzminat qiyməti açıqlandı
DÜNYA FUTBOLU 15 Dekabr 2017 / 17:06 7669
-  A +

"Barselona"nın futbolçusu Arda Turanın təzminat qiyməti müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu barədə "Ajansspor"a klubun nümayəndələrindən biri açıqlama verib. O, türk yarımmüdafiəçiyə 20 milyon avro qiymət qoyulduğunu bildirib: "Ancaq hazırda Arda üçün heç bir klub bu məbləği ödəməyə razı deyil".

Klub nümayəndəsi 30 yaşlı oyunçunun icarəyə göndərmək variantının da olduğunu bildirib.

Qeyd edək ki, A.Turan bu mövsüm heç bir rəsmi matçda oynamayıb.


Son xəbərlər