Topaz Premyer Liqada 2 aylıq fasilə başladı

Topaz Premyer Liqada 2 aylıq fasilə başladı
PREMYER LİQA 8 Dekabr 2017 / 20:57 5072
-  A +

Bu gün 4-cü turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyunun (0:2) yekunlaşması ilə Topaz Premyer Liqanda uzunmüddətli – 2 ay 2 günlük fasilə yaranıb.

Qol.az-ın xəbərinə görə, çempionatda oyunlar bir də 2018-ci ilin fevralın 10-da, 15-ci turun matçları ilə bərpa olunacaq. Həmin müddətə qədər isə TPL-in iştirakçısı olan 8 komanda təlim-məşq toplanışı keçəcəklər.

Əlavə edək ki, 2017-ci ildə isə Azərbaycanda futbol mövsümünə dekabrın 15-də ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçı ilə yekun vurulacaq.


Son xəbərlər