Bakı “Çelsi”nin tarixinə düşdü – hamını qabaqladı

Bakı “Çelsi”nin tarixinə düşdü – <b style="color:red">hamını qabaqladı</b>
XƏBƏR 21 Noyabr 2017 / 17:22 6695
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Çelsi"nin Bakı səfəri klubun tarixinə keçib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, London təmsilçisinin avrokuboklardakı ən uzun səfəri olub. Komanda Londondan Bakıya 3 min 975 km məsafəni 6 saata qət edib. Bununla da Bakı klubun avrokuboklardakı ən uzun səfəri olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Təl-Əviv səfərinə məxsus idi. 2001-ci ildə "Çelsi" UEFA Kubokunda "Hapoel"lə oyun üçün 3 min 560 km məsafə qət etmişdi.

Əlavə edək ki, "Qarabağ" - "Çelsi" görüşü sabah saat 21:00-da başlayacaq.

 

 

Daha çox


Son xəbərlər