Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 3 nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib və müttəhimlər kürsüsünə çıxarılıb. O.Atayev və M.Məmmədov barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.
Təqdirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətininin üzvü olub.
Həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər. Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərəmovun qayınıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı