İbrahimoviç milli karyerasını bərpa edə bilər

İbrahimoviç milli karyerasını bərpa edə bilər
XƏBƏR 17 Noyabr 2017 / 16:05 3701
-  A +

"Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər.

Qol.az-ın "RMC Sport"a istinadən yaydığı xəbərə görə, 36 yaşlı hücumçu DÇ-2018-də milli komandaya kömək etmək istəyir. Onun milliyə qayıtmaqla bağlı dəqiq qərarını mövsümün sonunda verəcəyi bildirilir.

Qeyd edək ki, İbrahimoviç ötən il milli karyerasını başa vurub. O,  2001 – 2016-cı illərdə İsveç yığmasında 116 oyuna 62 qol vurub.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi