"Qarabağ"dan qələbə

"Qarabağ"dan qələbə
PREMYER LİQA 23 Aprel 2017 / 18:52 16163
-  A +

Bu gün Topaz Premyer Liqasında 27-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Artıq çempionluğunu rəsmiləşdirən “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmadan sonra Ağdam klubu çempionluq kubokuna qovuşacaq.

“Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkib. Bu qarşılaşma dördüncü yer uğrunda mühüm əhəmiyyət kəsb edir. “Zirə” qələbə qazanacağı təqdirdə, Avroliqaya yollanmaq şansını xeyli artıracaqdı. Matç 2:2 hesabı ilə yekunlaşsa da, "Neftçi" oyunun gedişatında legioner limitini pozub. Bu səbəbdən komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir. 

Dördüncü yer uğrunda mübarizə aparan “Kəpəz” isə AZAL-ın qonağı olub və 2:1 hesabı ilə qələbə qazanıb.

Turan sabah keçiriləcək “Qəbələ” - “İnter” oyunu ilə yekun vurulacaq.


Topaz Premyer Liqası

27-ci tur

23 aprel


17:00. “Qarabağ” - “Sumqayıt”  - 2:1
Qol:
Muarem, 12 (1:0), Elşən Abdullayev, 82 (2:0), Amil Yunanov, 84 (2:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Azersun Arena”


17:00. AZAL - “Kəpəz” - 1:2
Qol:
Serjio Kosta, 35 (0:1), 41 (0:2), Frank Madu, 82 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
“AZAL Arena”

17:00. “Zirə” - “Neftçi”  - 2:2
Qol:
Herrera, 34, (0:1), Təmkin Xəlilzadə, 42 (1:1), Riçard Qadze, 63 (2:1)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
Zirə Olimpiya İdman Kompleksinin stadionu



24 aprel

14:30. “Qəbələ” - “İnter”
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu


N Klublar O Q H M T-F X
1 Qarabağ 27 18 5 4 44-13 59
2 Qəbələ 26 13 10 3 43:16 49
3 İnter 26 11 10 5 36:28 43
4 Zirə 27 8 10 9 25-28 34
5 Kəpəz 27 8 9 10 23-27 33
6 Sumqayıt 27 8 8 11 26-34 30
7 Neftçi 27 9 3 15 25-42 30
8 AZAL 27 1 7 19 13-46 10

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 9 qol,  Dino Ndlovu ("Qarabağ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol,


Son xəbərlər