"Qəbələ" günü bir məşqlə başa vurdu

"Qəbələ" günü bir məşqlə başa vurdu
XƏBƏR 23 Yanvar 2019 / 23:00 763
-  A +

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 11-ci gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Meydançada keçirilən məşq əsasən toplu çalışmalardan ibarət olub.


Son xəbərlər