Ronaldo ilə Alleqri arasında mübahisə

Ronaldo ilə Alleqri arasında mübahisə
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 15:40 5725
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə baş məşqçisi Massimiliano Alleqri arasında mübahisə yaşanıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçunun  A seriyasının 20-ci turunda "Kyevo" ilə qarşılaşmada (3:0) penalti qaçırması baş məşqçini özündən çıxarıb.

Ronaldo “The İndependent”ə açıqlamasında məlumatı təsdiqləyib: "Bəli, Alleqri ilə mübahisəm oldu. Mən isə ona dedim ki, bu mövsüm bütün penaltiləri dəqiq yerinə yetirmişəm”.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm A seriyasında 4 penaltini qola çevirib.

Son xəbərlər