"Təyyarə sanki dağılacaq" - yoxa çıxan futbolçunun son mesajı

"Təyyarə sanki dağılacaq"  - yoxa çıxan futbolçunun son mesajı
DÜNYA FUTBOLU 23 Yanvar 2019 / 10:59 6260
-  A +

Uelsin "Kardif" klubunun yeni transferi  Emiliano Salanın yoxa çıxan təyyarədən son mesajları  yayılıb.

Qol.az-ın "Ole"yə istinadən verdiyi məlumata görə, argentinalı oyunçunun "WhatsApp" vasitəsilə dostlarına göndərdiyi səsli mesajda təyyarənin yaxşı durumda olmadığını  bildirib:

"Salam, dostlar, necəsiniz? Çox yorğunam .Nantda bir çox işimi gördüm. İndi elə bir təyyarə ilə uçuram ki, sanki dağılacaq. Sabah artıq yeni komanda ilə məşqlərə başlayacam.

Qardaşlar və bacılar, hər şey qaydasındadır? Əgər saat yarım ərzində məndən bir xəbər almasanız, onda məni axtarmaq üçün kimlərisə göndərməsinlər. Çünki məni bu vəziyyətdə tapa bilməzlər. Ata, çox qorxuram".

Qeyd edək ki, İngiltərə Premyer Liqasa çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib.  Fransa "Nant"ından ayrılan argentinalı hücumçu  Kardiffə xüsusi təyyarə ilə yola salınıb.  Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.


Son xəbərlər