Azərbaycanın səsi “Qızıl top”da kimə gedib?

Azərbaycanın səsi “Qızıl top”da kimə gedib?
XƏBƏR 12 Dekabr 2016 / 13:36 14435
-  A +

"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusunu müəyyənləşdirmək məqsədilə keçirdiyi sorğuda Azərbaycan da iştirak edib.

Qol.az-ın xəbərinə görə, əvvəlki illərdə olduğu kimi, bu ildə səsvermədə jurnalist Rasim Mövsümov iştirak edib. Qol.az-a açıqlamasında R.Mövsümov ilin futbolçusu adına Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldonu layiq gördüyünü deyib.

Qeyd edək ki, "Qızıl top"un sahibinin adı bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mükafata əsas namizədlər Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, "Barselona) və Antuan Qrizmanndır (Fransa, "Atletiko").

Əlavə edək ki, "Qızıl top"un sahibi jurnalistlər arasındakı səsvermədə zamanı müəyyənləşdirilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi