Kasilyas millidən gedib?

Kasilyas millidən gedib?
XƏBƏR 25 Oktyabr 2016 / 11:24 2584
-  A +

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya millisindəki karyerasını başa vurduğu iddialarına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu iddiaları təkzib edib:

"Millidən ayrılmamışam.Komandanın baş məşçisi Lopeteqi  başqa qapıçıları seçdi. Əgər yenidən milliyə çağırılsam, bunu qəbul edəcəm. Baş məşqçinin qərarlarına hörmət edirəm".

Qeyd edək ki, İ.Kasilyas DÇ-2018-in  seçmə mərhələsində İtaliya və Albaniya ilə oyunlar üçün milliyə çağırılmamışdı.

Daha çox


Son xəbərlər