Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi
XƏBƏR 21 Oktyabr 2016 / 11:55 5404
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qurup mərhələsinin  III turunun oyunlarından  sonra siyahıda müəyyən  dəyişikliklər olub.

“Qarabağ”ın Bakıda Yunanıstan PAOK-una 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın 1 pillə irəliləməsinə səbəb olub.

Bu qələbə ilə ölkəmizin aktivinə 0.500 xal əlavə olunub.

Beş mövsümün nəticəsinə görə, xalını 17.250-yə çatdıran Azərbaycan  25-ci pilləyə yüksəlib.

Ümumilikdə cari mövsüm avrokuboklarda iştirak edən klublarımız Azərbaycana 3.750 xal qazandırıb.

Qeyd edək ki, reytinq cədvəlinə İspaniya başçılıq edir, Almaniya 2-ci, İngiltərə isə 3-cüdür.

Daha çox


Son xəbərlər