Ronaldinyonu Bakıya kim gətirib?

Ronaldinyonu Bakıya kim gətirib?
XƏBƏR 20 Oktyabr 2016 / 11:50 6002
-  A +

Məşhur futbolçu Ronaldinyonun Bakıya səfərinin səbəbi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, braziliyalı hücumçu “Qəbələ” klubunun dəvətilə Azərbaycana gəlib.

Ronaldinyonun bu gün saat 15:30-da Bakı Olimpiya Stadionunun konfrans zalında mətbuat konfransı keçiriləcək. Onun səfərinin məqsədi haqqında suallara klub rəsmiləri münasibət bildirəcək.

Qeyri-rəsmi xəbərlərə görə, səfərdə məqsəd "Qəbələ" klubu ilə əməkdaşlıqdır. Bundan başqa, tərəflərin yeni yaradılacaq futbol akademiyası ilə bağlı da müzakirə apardığı bildirilir.

Daha çox


Son xəbərlər