“Qalatasaray” üçün şad xəbər

“Qalatasaray” üçün şad xəbər
DÜNYA FUTBOLU 8 Fevral 2010 / 13:57 2422
-  A +

Uzun müddətdən sonra “Qalatasaray” braziliyalı oyunçu Cassio Linkolndan qurtula bildi. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu vətənində “Palmeyras”la müqavilə imzaladığından, İstanbul təmsilçisiylə rəsmən vidalaşıb.
Bu haqda “Palmeyras”ın rəsmi internet saytında xəbər yerlışdirilib. Məlumatda bildirilir ki, hər iki klub arasında razılıq əldə olunub və Linkoln iki illik müqaviləyə imza atıb.
Təcrübəli futbolçu yeni klubu haqda deyib: “Braziliyaya qayıtdığım və “Palmeyras”ın heyətində çıxış edəcəyim üçün çox məmnunam. Bir çox Avropa klublarından təklif alsam da, “Palmeyras”ı seçdim. Burada yenidən özümü göstərmək və milli komandayla birgə dünya çempionatına yollanmaq istəyirəm”.


Son xəbərlər