Ermənistan millisinin baş məşqçisi: “Bizi Azərbaycandan ayırdılar”

XƏBƏR 8 Fevral 2010 / 12:11 2162
-  A +

“Bizi Azərbaycandan ayırdılar və nəticədə “B” qrupuna düşdük. Lakin bu qrup da çox çətindir. Amma ruslarla qarşılaşmaq həmişə maraqlıdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri Ermənistan milli komandasının baş məşqçisi Vardan Minasyan deyib.
Avro-2012-nin seçmə mərhələsinin püşkatması barədə danışan ermənistanlı çalışdırıcı yaxın keçmişi xatırladıb: “Biz Azərbaycanla rəqib olmağa hazır deyilik. Ötən dəfə eyni qrupa düşəndə, yaxşı heç nə alınmadı. Buna görə də indi eyni qrupa düşməyimiz tezdir”.

 


Son xəbərlər