Qurban Qurbanov: “Evdə hər bir rəqibə qarşı yaxşı oyun nümayiş etdirəcəyik”

Qurban Qurbanov: “Evdə hər bir rəqibə qarşı yaxşı oyun nümayiş etdirəcəyik”
XƏBƏR 7 Fevral 2010 / 18:00 1948
-  A +

“Milli komandamızın yer aldığı qrupu normal adlandırardım. Rəqiblər bizə tanışdır. Onların hər birinə qarşı ayrı-ayrı vaxtlarda oynamışıq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri Avro-2012-nin püşkatması dəyərləndirərkən milli komandamızın keçmiş hücumçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov deyib.  
Gənc mütəxəssis millimizin evdə hər bir rəqibə qarşı yaxşı çıxış edəcəyinə inandığını söyləyib: “Son zamanlar milli komandamızın oyununda irəliləyiş hiss olunur. Qarşıdakı seçmə mərhələdə daha yaxşı çıxış edəcəyimizə inanıram. Konkret deyə bilmərəm ki, millimiz qrupda neçənci yeri tutacaq. Amma inanıram ki, evdə hər bir rəqibə qarşı yaxşı oyun nümayiş etdirəcəyik”. 

Xatırladaq ki, bu gün keçirilən «Avro-2012»nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.

Daha çox


Son xəbərlər