MOİK 11 futbolçuyla gücləndi

XƏBƏR 7 Fevral 2010 / 13:40 2157
-  A +

I divizionunda mübarizə aparan Mərkəzi Ordu İdman Klubu (MOİK) qış transfer mövsümündə heyətini gücləndirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyan ordu klubu ikinci dövrəyə 11 yeni futbolçu ilə başlayacaq.
“Hərbçilər” Vüqar Əsgərov (əvvəlki klubu “Neftçi” İSM), qapıçı Tariyel Hüseynov (“Gəncə”), müdafiəçi Rəşad Hacızadə (“Neftçi-2”), yarımmüdafiəçilər Orxan Babayev (“Standard”), Amil Babayev (“MKT-Araz”), Emil Hüseynov (“Karvan”) və hücumçu Anar Qasımovu (“ABN-Bərdə”) heyətinə qatıb. Həmçinin, MOİK-in öz yetirmələri olan müdafiəçi Namiq Həsənov, yarımmüdafiəçilər Məhəmməd Bağırzadə, Əmir Abbasov və Hacıbaba Rəsulzadə də əsas komandaya cəlb olunub.
Əvəzində, MOİK-in sıralarını 9 oyunçu - Elçin Cəfərov, İqor İbadov, Rəhim Şiriyev, Şamil Səlimxanov, Rəşad Məmmədov, Tural Axundov, Emil Kitelman, Nuran Qurbanov və Namiq Əlizadə tərk edib.

Daha çox


Son xəbərlər