"Qarabağ" İtaliyada məşq etdi - Şəkillər

"Qarabağ" İtaliyada məşq etdi - Şəkillər
XƏBƏR 28 Sentyabr 2016 / 22:11 3603
-  A +

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə "Fiorentina"nın qonağı olacaq "Qarabağ"  oyun öncəsi son məşqinə çıxıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda keçirilib və təxminən 1 saat davam edib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib.

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər