"Neftçi"dən borcunu almaq üçün Bakıya gəldi

"Neftçi"dən borcunu almaq üçün Bakıya gəldi
XƏBƏR 28 Sentyabr 2016 / 12:18 5801
-  A +

Topaz Premyer Liqasında ardıcıl 5-ci məğlubiyyətini alan "Neftçi" daha bir problemi həll etməlidir.

Qol.az-ın futbol11.az saytına istinadən yaydığı xəbərə görə, söhbət klubla komandanın fiziki hazırlıq üzrə sabiq məşqçisi Covanni Melkiorre arasındakı məsələdən gedir.
 
"Ağ-qaralar" italiyalı mütəxəssisin 2 aylıq maaşını ödəməyib. Elə bu səbəbdən o, "Neftçi"dən pulunu almaq üçün Bakıya gəlib. Bildirilir ki, klub Melkiorreyə 30 min dollar ödəməlidir. Əgər “Neftçi” borcu vaxtında ödəməsə, italiyalı məşqçi FİFA-ya şikayət edəcək.

Qeyd edək ki, Melkiorre "Neftçi"dən əvvəl "Xəzər Lənkəran"da da çalışıb.

Daha çox


Son xəbərlər