Terimin münaqişəsi olduğu 10 ulduz - Hakandan Ardaya kimi...

Terimin münaqişəsi olduğu 10 ulduz - Hakandan Ardaya kimi...
DÜNYA FUTBOLU 27 Sentyabr 2016 / 14:33 6376
-  A +

Türkiyə millisinin baş məşqçisi Farih Terimin zaman-zaman ulduz futbolçularla problemi olub.

Son olaraq, onun hazırda “Barselona”da oynayan Arda Turanla münasibətləri gərginləşib. Terim bu səbəbdən Ardanı milliyə dəvət etməyib. Onun bu qərarı Türkiyədə narazılıqla qarşılanıb.

Qol.az xəbər verir, Terimin məşqçilik karyerasında bəzi məşhur oyunçularla münaqişəyə girib, bəzilərini heyətdən kənarda qoyub, bəzilərinin isə bu məşqçidən ümumiyyətlə, xoşu gəlməyib. Bəs onun yola getmədiyi futbolçular kimlər olub?

Gəlin, yaxın tarixə bir daha nəzər salaq...


Hakan Şükür. Onunla Terim arasında münasibətlər həmişə soyuq olub. Bir jurnalistə müsahibəsindən sonra isə Hakan “Avro-2008”ə aparılan heyətə salınmadı.

Predraq Miyatoviç. Terim “Fiorentina”da fəaliyyətə başladığı ilk gündən serb oyunçu ilə yola getmədi. Miyatoviç sonralar Terim haqda “Toplu hücum və toplu müdafiə kimi axmaq futbol anlayışı var” ifadəsini işlətmişdi.

Yıldıray Baştürk. “Ştutqart”da oynayarkən “Avro-2008”in heyətinə daxil edilmədi. “Çempionlar Liqasında çıxış edən ilk türk idim. Seçmə mərhələdə daim 18-likdə yer almışdım. Avropa çempionatına aparılmayacağımı biləndə üç gün ağıladım” – deyə Baştürk bildirib.

Andrea Pirlo. Terimin “Milan”ı çalışdırdığı müddətdə Pirlo ilə münasibətləri də gərgin olub. Bu haqda məşhur futbolçu bu il çıxan kitabında yazıb. “Onun klub tərəfindən qoyulan qaydalara allergiyası vardı. Qəribə adam idi. İlk gündən bilinirdi ki, burada çox qalmayacaq”.



Bülənt Qorxmaz. “Qalatasaray”ın uğurlarında böyük pay sahibi olan klubun əfsanəvi kapitanı “gəncləşdirmə siyasəti”nin qurbanı oldu. O, uzun müddət Terimin bu qərarından narazı idi.

Hakan Ünsal. İngiltərədən “Qalatasaray”a qayıtdıqdan sonra karyerası uğurlu alınmadı. “Qalatasaray”a və Fatih Terim üçün qayıtmışdım. Amma yekunda heyətdən kənarda qaldım. Bu da məni çox üzdü”.

Ümit Karan. Fatih Terimin bu oyunçu ilə də ulduzu barışmadı. Gecə həyatına düşkünlüyü də Ümitin əleyhinə işləyən amillərdən idi.


Milan Baroş. "Qalatasaray"dan getdikdən sonra Baroş bunları demişdi: "Onun barəsində yaxşı heç nə xatırlamıram. Onun möhtəşəm məşqçi olduğunu deyirdilər. Amma birgə işlədikdən sonra bunun əksini gördüm. Dünyada Terimdən daha güclü nə qədər məşqçi var.
 
Burak Yılmaz.
“Avro-2016”da mükafatların azaldılması məsələsinə görə narazılıq edənlərdən biri də Burak Yılmaz idi. Terim bu gərginlikdən sonra Burakı da “qara siyahı”sına saldı və milliyə dəvət etmədi.

Arda Turan. Ardanın Burak Yılmaza görə Terimlə mübahisə etdiyi iddia olunub. Bu səbəbdən Terim Ardanı da milliyə dəvət etməyib. Halbuki o, hazırda “Barselona”da yaxşı oyunu ilə diqqət çəkir.


Goal.com-un materialları əsasında


Son xəbərlər