“İnter”də üç yubiley

“İnter”də üç yubiley
XƏBƏR 26 Sentyabr 2016 / 17:00 1867
-  A +

Topaz Premyer Liqasının VI turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub.
 
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, fəfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb. “İnter” rəqib meydanlarında ən azı bu qədər matçda qalib gələn 3-cü komanda olub. Bunadək yalnız “Neftçi” və “Qarabağ” “100”ü arxada qoyub. Sonuncular 144, “ağ-qaralar” rekord sayda - 172 dəfə səfərdən 3 xalla dönüb.

“İnter” buna 233-cü səfər matçında nail olub. Bakılıların rəqib meydanlarında 59 heç-heçəsi və 74 məğlubiyyəti var.

Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada özünün 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta sahə oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb. Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib.


Son xəbərlər