İran və Rusiya yarımfinalda

İran və Rusiya yarımfinalda
XƏBƏR 25 Sentyabr 2016 / 14:47 4346
-  A +

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, İran Paraqvayı əlavə vaxtda üstələyib. Daha çox maraq doğuran Rusiya - İspaniya oyununda isə ruslar böyükhesablı qələbə qazanmaqla yarımfinala adlayıb.



Dünya çempionatı

1/4 final

Paraqvay - İran 3:4

Rusiya - İspaniya 6:2

Yarımfinalda İran Rusiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gecə keçiriləcək 2 oyunla yekun vurulacaq. Argentina Misiri, Azərbaycan yığması isə Portuqaliyanı sınağa çəkəcək.

Daha çox


Son xəbərlər