"Hamı futbolun Eynşteyni olub" – Mourinyodan etiraz

"Hamı futbolun Eynşteyni olub" – Mourinyodan etiraz
DÜNYA FUTBOLU 23 Sentyabr 2016 / 12:00 4182
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında ardıcıl 3 oyunda uduzduqları üçün ona və komandasına yönələn tənqidlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə liqa kubokunda "Northampton"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bəzi insanların həm özünün məşqçilik karyerasını, həm də "MY"nın tarixini ləkələməyə çalışdıqlarını deyib:

"Futbol dünyasının eynşteynlərlə dolu olduğunu bilirəm.  Sadəcə ötən turlardan sonra həm mənim 16 illik məşqçilik karyeramı, həm də "Mançester Yunayted"in möhtəşəm tarixini silməyə çalışdılar. Deyəsən, yeni futbol budur. Elə bil hamı futbolun Eynşteyni olub".
J.Mourinyo işlərini ən qısa müddətdə yoluna qoyacaqlarını bildirib. O, Premyer Liqada ard-arda doğma meydanda oynayacaqları görüşdə azarkeşlərdən dəstək istəyib.


Son xəbərlər