“Bakı”nın kapitanı “Turan”a qarşı niyə oynamayıb?

“Bakı”nın kapitanı “Turan”a qarşı niyə oynamayıb?
XƏBƏR 3 Fevral 2010 / 01:04 1920
-  A +

"Bakı”nın kapitanı Cəmşid Məhərrəmov “Turan”a qarşı keçirilən oyunda nəinki meydana start heyətində çıxdı, onun adı heç “18-liy”də də yox idi. Qol.Az-ın müxbirilə söhbətində C.Məhərrəmov Tovuz klubuna qarşı oynamamasının səbəbsiz olmadığını deyib: “Bir neçə gündür bərk xəstələnmişəm, soyuqlamışam. Buna görə də komandadan ayrı düşmüşdüm. Yalnız srağagündən komandayla birgə məşqlərə başlamışam. Bu səbəbdən də “Turan”la matçı kənardan izləmək məcburiyyətində qaldım. Amma çox şadam ki, komandam mənsiz də qələbə qazana bildi. Ümid edirəm ki, “Neftçi”ylə oyunadək vəziyyətim tam düzələcək və bazar günü baş məşqçimiz şans verəcəyi halda, meydana çıxacağam”. 
Xatırladaq ki, Məhərrəmovun yoxluğunda “Bakı”nın kapitan sarğısını Elvin Əliyev daşıyırdı.

Daha çox


Son xəbərlər