Ramiz Məmmədov: “Layiqli qələbə qazandıq”

Ramiz Məmmədov: “Layiqli qələbə qazandıq”
PREMYER LİQA 2 Fevral 2010 / 17:12 2801
-  A +

“Bu gün çox mühüm qələbə qazandıq. Bu münasibətlə komandamızın üzvlərini təbrik edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Gənc məşqçi bildirib ki, “təyyarəçilər”lə qarşılaşmada komandasından razı qalıb: “Uşaqlar verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Futbolçulardan tam razı qaldım. Yaxşı oynayıb, layiqli qələbə qazandıq. Bu qələbə “altılığ”a düşmək ümidlərimizi artırdı”.


Son xəbərlər