David Luis yenidən "Çelsi"də - rəsmi

David Luis yenidən "Çelsi"də - rəsmi
XƏBƏR 31 Avqust 2016 / 22:12 4776
-  A +

İngiltərənin "Çesli" klubu yay transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi PSJ-dən sabiq futbolçusu David Luisi transfer edib.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.

Xarici KİV-lərdə yayılan xəbərlərə görə, "Çelsi" bu transfer üçün Paris klubuna 45 milyon avro ödəyib.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2014-cü ildə "Çelsi"dən PSJ-yə 50 milyon avroya transfer edilmişdi.

Daha çox


Son xəbərlər