Məşhur futbolçu Türkiyədən qaçıb

Məşhur futbolçu Türkiyədən qaçıb
XƏBƏR 25 Avqust 2016 / 16:40 4733
-  A +

Türkiyə millisinin və "Qalatasaray" klubunun keçmiş futbolçusu Arif Ərdəm ölkədən qaçıb.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə, veteran futbolçu iyulun 23-də Türkiyənin Ədirnə Sərhəd-Keçid Məntəqəsindən Yunanıstanın İpsal sərhəd rayonuna keçib. 

Qeyd edək ki, FETÖ terror təşkilatına bağlılıqda ittiham olunan A.Ərdəm haqqında ötən gün həbs qərarı çıxarılıb.  

1972-ci ildə İstanbulda doğulan Arif Ərdəm 13 il “Qalatasaray”da çıxış edib. O, Türkiyə millsinin də şərəfini qoruyub və  60 oyuna 11 qol vurub. 2005-ci ildə futbolçu karyerasını başa vuran veteran hücumçu "Başakşehir" klubunda məşqçilik edib.

Son xəbərlər