"Mançester Yunayted"dən Şvaynştaygerlə bağlı yeni qərar

"Mançester Yunayted"dən Şvaynştaygerlə bağlı yeni qərar
XƏBƏR 25 Avqust 2016 / 13:19 4333
-  A +

"Mançester Yunayted" futbolçusu Bastian Şvaynştaygeri pulsuz satmağa hazırdır.

Qol.az-ın "Te Guardian"a istinadən yaydığı xəbərə görə, Joze Mourinyonun baş məşqçi təyin edilməsindən sonra əvəzedici heyətə göndərilən alman yarımmüdafiəçi üçün "MY" göndərilən təklifləri qəbul etməyi düşünür. B.Şvaynştaygerə həftədə 140 min funt sterlinq ödəyən "MY" bu məbləği verməmək üçün 32 yaşlı oyunçunu pulsuz satmağa qərar verib.

Qeyd edək ki, B.Şvaynştaygerin Qətər və ya Birləşmiş Ərəb Əmirliyinin klublarından birinə keçəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər