Robbi Kin millidəki karyerasını başa vurur

Robbi Kin millidəki karyerasını başa vurur
XƏBƏR 24 Avqust 2016 / 21:55 1798
-  A +

"Los Anceles Qalaksi"nin futbolçusu Robbi Kin İrlandiya millisindəki karyerasını başa vurmağa hazırlaşır.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 36 yaşlı hücumçu bildirib ki, Omanla avqustun 31-i keçiriləcək yoldaşlıq oyunu onun millidəki son oyunu olacaq.

Qeyd edək ki, 1998-ci ildən İrlandiya millisində oynayan Robbi Kin 145 görüşə 67 qol vurub.

Daha çox


Son xəbərlər