“İnter” türkü göndərir

“İnter” türkü göndərir
XƏBƏR 24 Avqust 2016 / 14:09 4885
-  A +

İtaliyanın “İnter” klubu yeni transferi Caner Erkinlə yolları ayırır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə qərarı Roberto Mançininin istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsinə gətirilən Frank de Bur qəbul edib. Bildirilir ki, türk futbolçu öz oyunu ilə hollandiyalı mütəxəssisin etimadını doğrulda bilməyib.

Bundan sonra “İnter” Caneri icarəyə vermək fikrinə düşüb. İddia edilib ki, Caner Erkin yeni mövsümdə icarə qaydasında İspaniyanın “Real Betis” klubunda oynayacaq. Bu transfer üçün ispanların “İnter”ə 1 milyon avro ödəyəcəyi bildirilir.

Daha çox


Son xəbərlər