Arif İsayev "Standard"da

Arif İsayev "Standard"da
XƏBƏR 29 Yanvar 2010 / 13:44 4686
-  A +

Sumqayıtın "Standard" klubu Arif İsayevi heyətinə cəlb edib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qış transfer dövründə Salyanın "Muğan" klubundan azad agent statusu ilə ayrılan 25 yaşlı hücumçu bundan sonra Sumqayıt təmsilçisinin uğurları üçün çalışacaq. İsayevin sabah "Qarabağ"la keçiriləcək yoxlama oyununda meydana çıxacağı gözlənilir Qeyd edək ki, "Standard" klubu qış transfer müddətində "Bakı" klubunun yarımmüdafiəçisi Amiran Mucirini də heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər