Argentina şokda: daha 5 ulduz gedir

Argentina şokda: daha 5 ulduz gedir
DÜNYA FUTBOLU 27 İyun 2016 / 16:29 15854
-  A +

Lionel Messidən sonra daha beş ulduz futbolçu Argentina millisindən karyeralarını başa vurmaq istəyirlər.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, Qonzalo Hiquain, Ezequiel Lavezzi, Serxio Aqüero, Havier Maskerano və Lucas Biqlia millidən getmək fikrinə düşüblər.

Qeyd edək ki, adları çəkilən futbolçuların hamısı Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra yaxın ətraflarına millidən gedəcəklərini deyiblər.

Hələlik Argentina Futbol Federasiyası məsələ ilə bağlı açıqlama verməyib.


Son xəbərlər