Slutski Rusiya millisindən gedir

Slutski Rusiya millisindən gedir
DÜNYA FUTBOLU 21 İyun 2016 / 16:36 3578
-  A +

Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsini tərk etməyə hazırlaşır.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 45 yaşlı mütəxəssis “Avro-2016”nın qrup mərhələsində Uelsə 0:3 hesablı məğlubiyytdən sonra bu barədə açıqlama verib:

“Avropa çempionatında bu cür çıxışından sonra komandaya yeni baş məşqçi lazımdır. Bu nəticələrdən sonra vəzifəmdə qalmaq düzgün olmazdı. Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm” – deyə Slutski bildirib.

Qeyd edək ki,  B qrupunda İngiltərə, Uels və Slovakiya ilə mübarizə aparan ruslar iki məğlubiyyət və bir heç-heçə ilə “Avro-2016”nı tərk edib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi