Blatter və Platini “Birlik Kuboku”nun finalını izləyəcəklər

Blatter və Platini “Birlik Kuboku”nun finalını izləyəcəklər
DÜNYA FUTBOLU 14 Yanvar 2010 / 14:33 2322
-  A +

FİFA prezidenti Yozef Blatter və UEFA-nın başçısı Mişel Platini “Birlik Kuboku”nun final qarşılaşmasını izləmək üçün Moskvaya gələcəklər. Qol.Az-ın Rusiya Futbol İttifaqının (RFİ) rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Blatter yanvarın 22-də, Platini isə 1 gün sonra Rusiya paytaxtında olacaq. Onlar turnirin həlledici qarşılaşmasını izləməklə yanaşı, həm də “Olimpiyski” İdman Kompleksində mətbuat konfransı keçirəcəklər.
RFİ-nin mətbuat xidmətinin rəhbəri Andrey Malosov isə “Sport-Ekspress”ə verdiyi açıqlamada FİFA və UEFA prezidentlərinin keçmiş MDB ölkələrinin futbol federasiyalarının başçıları ilə görüşəcəyini bildirib: “Bu görüşdə eyni zamanda UEFA və FİFA-nın 10-a yaxın rəsmisi də iştirak edəcək. Görüş zamanı “Birlik Kuboku”nun gələcək formatı da müzakirə olunacaq. Biz bilirik ki, bu turnirin keçirilməsi siyasi baxımdan da əhəmiyyətlidir. Bizimlə həm Blatter, həm də Platini razıdır. Axı FİFA və UEFA başçıları heç də hər turnir bu cür stabil şəkildə ziyarət etmirlər”.


Son xəbərlər