Demyanenko ən uğursuz futbol adamları sırasında

Demyanenko ən uğursuz futbol adamları sırasında
DÜNYA FUTBOLU 7 Yanvar 2009 / 10:57 3724
-  A +

Bakının «Neftçi» klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenko ölkəsində 2008-ci ilin ən uğursuz futbol adamları sırasına düşüb. Qol.Az-ın məlumatına görə, «Naş Vek» qəzetinin tərtib etdiyi siyahıda Demyanenko ilin antiqəhrəmanları sırasında 8-ci olub. İlk onluqda Oleq Bloxin, Yevgeni Çernovenko, Rinat Axmetov, Oleq Pratasov, Andrey Şevçenko, Vadim Rabinoviç, Aleksandr Şovkovski, Lvovun azarkeşləri və Oleq Qusevin də adları var.
Anatoli Demyanenkoyla bağlı qeyd edilib ki, Kiyev «Dinamo»sundan sonra onun karyerasında uğursuzluq başlayıb. «Əvvəlcə ukraynalı məşqçi Azərbaycana getdi, amma sonra «Neftçi» klubundan qovuldu». Qəzet bu məsələdə Demyanenkonun spirtli içkilər qəbul etməsi barədə ittihamları yada salıb: «Amma buna inanmaq çətindir».


Son xəbərlər