Toqo Afrika Millətlər Kubokundan imtina etdi

Toqo Afrika Millətlər Kubokundan imtina etdi
XƏBƏR 11 Yanvar 2010 / 11:48 1635
-  A +

Toqo milli komandası Afrika Millətlər Kubokuna qatılmaqdan rəsmən imtina edib. Qol.Az-ın məlumatına görə,  bununla bağlı turnirin təşkilatçısı olan Afrika Futbol Konfederasiyası məlumat yayıb.
Xatırladaq ki, Toqo millisi Anqolanın FLEC separatçı qrupunun hücumuna məruz qalıb. Komanda üzvlərinin yer aldığı avtobus Konqodan məşqdən geri dönərkən silahlı hücuma məruz qalıb. Nəticədə 3 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Baş vermiş insidentdən sonra Toqo hökuməti futbolçulardan turnirdən imtina etməyi və Anqolanı təhlükəsizlik məsələlərinə görə tərk etməyi tələb edib.

Daha çox


Son xəbərlər